Maraqlı

DÜNYADA ƏN NADİR AVTOMOBİLLƏRDƏN BİRİ BAKIDA SATIŞA ÇIXARILDI – VİDEO

loading...

 

Bakıda dünyada nadir rast gəlinən antikvar avtomobil satılır.

Avtomobil görənlərin marağına səbəb olur.

Avtomobilin sahibi Azər Abdullayev deyir ki, 1931-ci ildə istehsal edilmiş avtomobil 4 qapılıdır. Dünyada cəmi 32 ədəd buraxılmış bu avtomobilin 24-ü 2 qapılı, 8 isə 4 qapılıdır.

Avtomobilin mühərriki 3.3 həcmlidir və tam işlək vəziyyətdədir.

Azər Abdullayev deyir ki, maşının orijinallığını qorumağa çalışıb. Onu da cəlbedici göstərən də məhz budur.

Avtomobil sahibinin sözlərinə görə, əvvələr maşını satması üçün ona xeyli pul təklif olunsa da, razılaşmayıb. Amma hazırda şərtlər dəyişib.

Avtomobilə maraq o qədər çoxdur ki, yoldan keçənlər onu qısa müddətə də olsa sürmək istəyirlər. Sahibi isə bunun qarşısını almaq üçün onun akkumulyatorunu çıxarıb.

Daha çox
loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close